“Baltika” pivəsinin Rusiyaya ixracı dayandırılır

Danimarkanın “Carlsberg” pivə şirkəti Rusiyaya yeni sərmayələri, eləcə də “Carlsberg”in digər bölmələrindən məhsulların Rusiyanın “Baltika” şirkətinə ixracını dayandırmaq qərarına gəlib. 

Bu barədə konsernin cümə günü dərc olunmuş press-relizində deyilir.

“Carlsberg Group Rusiyaya yeni investisiyaları, həmçinin “Carlsberg Group”un digər şirkətlərindən Rusiyadakı “Baltika” şirkətinə məhsulların göndərilməsini dərhal dayandırmaq qərarına gəlib. Biz bütün sanksiyalara əməl edəcəyik və Rusiyadakı biznesimizlə bağlı vəziyyəti qiymətləndirməyə davam edəcəyik”, -məlumatda bildirilir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir