ABŞ-ın “Morgan Stanley” bankı “WhatsApp” və digər messencerlərdə iş yazışmaları apardıqlarına görə işçilərini cərimələyib.
Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Cərimələrin məbləği mesajların sayına, vəzifəyə və əvvəllər alınan cəzalara əsasən hesablanıb və bir neçə min dollardan bir milyon dollara qədər olub.
Bir il əvvəl “Morgan Stanley” işçiləri “WhatsApp” və “Signal” kimi messencerlərdən istifadə etdiyinə görə Qiymətli Kağızlar və Birjalar üzrə Ticarət Komissiyasına 200 milyon dollar ödəmişdi. Belə ki, ABŞ tənzimləyiciləri banklardan işçilərin mesajlarının düzgün saxlanmasını təmin etməyi tələb edir. Buna görə də bir çox firma və təşkilatlar avtomatik silmə funksiyası olan ani mesajlaşma proqramlarından istifadəni qadağan edir.
Azpost.info
