“Bank of Baku”nun keçmiş sədri Fərid Əlizadə vəfat edib

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib.

Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib.

Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetini və ABŞ-nin Rays Universitetində magistr dərəcəsini bitirdikdən sonra ölkənin aparıcı banklarında çalışıb. O, uzun müddət “Bank of Baku”nun İdarə Heyətinin sədri və baş direktoru, AFB bankın Müşahidə Şurasının üzvü olub.

Xəbəri ilk olaraq  Banker.az saytı yayıb.

Əvvəlki məqalə

“Sülhməramlıların Qarabağda daha funksiyası qalmayıb” –

Sonrakı məqalə

Xalq yazıçısı Elçin əməliyyat edilib