Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Bank Respublika müştərinin kartını blokladı

Orkhan Ali 12 Fevral 2026 - 21:16 (Last updated: 12 Fevral 2026 - 21:17)
Bank Respublika

Bank Respublika

Paytaxt sakini Bank Respublika ilə bağlı narazılığını ictimailəşdirib. Müştərinin sözlərinə görə, yeni aldığı bank kartı cəmi iki gün istifadə edildikdən sonra əsassız şəkildə bloklanıb və hesabda qalan 650 manat vəsaitə çıxış məhdudlaşdırılıb.

Şikayətçi bildirir ki, kartı əldə etdikdən sonra iki gün ərzində ümumilikdə 14 əməliyyat aparılıb və hesaba 1100 manat vəsait daxil olub. O, bu məbləğin 450 manatını nağdlaşdıra bilsə də, qalan 650 manat bank tərəfindən bloklanıb.

Müştərinin iddiasına görə, hadisədən artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq problem həllini tapmayıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı bankın müxtəlif filiallarına müraciət etsə də, hər əməkdaş fərqli izahat verib və konkret cavab ala bilməyib. Daha sonra baş ofisə yaxınlaşan müştəridən hesaba daxil olan vəsaitlərlə bağlı qəbzlər tələb olunub. Şikayətçi tələb olunan qəbzləri təqdim etdiyini, lakin bununla kifayətlənmədiklərini deyir.

İddialara əsasən, bank nümayəndələri əlavə olaraq vəsaiti göndərən şəxslərlə aralarındakı yazışmaları da təqdim etməyi istəyiblər. Müştəri isə istifadə etdiyi mesajlaşma tətbiqində yazışmaların 24 saat ərzində avtomatik silindiyini və bu səbəbdən həmin məlumatları təqdim edə bilmədiyini bildirib.

Vətəndaş kartın ləğv edilərək hesabda qalan məbləğin geri qaytarılmasını tələb edir. O, vəsaitə təcili ehtiyacı olduğunu vurğulayaraq, problemin qısa müddətdə həll olunmaması halında məsələni sosial şəbəkələrdə geniş şəkildə işıqlandıracağını qeyd edib.

Məsələ ilə bağlı Bank Respublikanın rəsmi mövqeyini öyrənmək mümkün olmayıb. Mövzu ilə bağlı qarşı tərəfin açıqlaması təqdim olunacağı təqdirdə materiala əlavə ediləcək.

AzPost.az

Post navigation

Previous: “İdeal təzyiq” göstəricisi xəbərdarlıq əlaməti ola bilər-
Next: Angela Merkel qayıdır

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

natiq memmeli
  • Media

Media üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – Natiq Məmmədli

User 20 Noyabr 2026 - 10:11
Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli...
Read more about Media üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – Natiq Məmmədli
Səhər yeməyi üçün 4 vacib qayda – Nələri yemək lazımdır? seher yemeyi
  • Maraqlı

Səhər yeməyi üçün 4 vacib qayda – Nələri yemək lazımdır?

User 20 Noyabr 2026 - 10:07
“Ukraynaya ayrılan pulları özünüzə xərcləyin” – Trampdan Avropaya çağırış tramp f
  • Dünya

“Ukraynaya ayrılan pulları özünüzə xərcləyin” – Trampdan Avropaya çağırış

User 20 Noyabr 2026 - 09:57
Uşaqların boyunun uzanması üçün nə yemək lazımdır? korpe
  • Maraqlı

Uşaqların boyunun uzanması üçün nə yemək lazımdır?

User 20 Noyabr 2026 - 09:46
Trampı Çindən “Qiyamət günü təyyarəsi” müşayiət edib – Səbəb nədir? tramp teyare qiyamet gunu
  • Dünya

Trampı Çindən “Qiyamət günü təyyarəsi” müşayiət edib – Səbəb nədir?

User 20 Noyabr 2026 - 09:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.