“Bank sektorumuz Ermənistan və Gürcüstana uduzur”
“2024-cü ilin nəticələri göstərir ki, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri Cənubi Qafqazın digər iki ölkəsinin bank sektoruna uduzur və bu, son illər artıq tendensiyaya çevrilib”.
AzPost bildirir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, ötən il Gürcüstan bankları $1,1 milyard, Ermənistan bankları $914 milyon xalis mənfəət əldə etdikləri halda Azərbaycanda bu göstərici $614 milyon olub. Aktivlərin və kreditləşmənin həcminə gəlincə, Azərbaycan bu göstəricilər üzrə Ermənistanı qabaqlasa da Gürcüstandan geri qalır.
“Gürcüstan banklarında aktvlərin həcmi $34 milyard, Ermənistanda $27.7 milyard, Azərbaycanda isə $31,2 milyard olub. Kreditləşmənin həcmi isə müvafiq olaraq $21,5 milyard, $15,8 milyard və $16.2 milyard olub. Azərbaycan yeganə olaraq depozitlərinhəcminə görə hər iki ölkəni qabaqlayır.
Azərbaycan bankları hətta kapitallaşma səviyyəsinə ($3,9 milyard) görə Gürcüstan ($5,1 milyard) və Ermənistandan ($4,5 milyard) geri qalır. Uyğun olaraq ROE və ROA göstəricilərinə görə də uduzuruq”.
Ekspert deyib ki, Azərbaycan iqtisadiyyatı Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyükdür. Azərbaycanda 22, Gürcüstanda 17, Ermənistanda 18 bank fəaliyyət göstərir.