“Sanksiyalar sadə vətəndaşlarımıza birbaşa zərbədir” –Rusiyanın ABŞ-dakı səfiri

“ABŞ-ın Rusiya bank sektoruna qarşı sanksiyaları Vaşinqtonun əsl məqsədlərini ortaya qoyur”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

O, qeyd edib ki, ABŞ hökumətinin hərəkətləri sadə rusiyalılara qarşı yönəlib: “Onların əksəriyyəti əmanətlərini məhdudiyyətlər altında olan kredit təşkilatlarında saxlayır. Bu, Rusiya əhalisinə, sadə vətəndaşlara birbaşa zərbədir”.

Səfir əlavə edib ki, ABŞ-ın fasiləsiz sanksiya hücumları qlobal iqtisadiyyata ziyan vurur, Rusiyanın xarici tərəfdaşlarını qarşılıqlı faydalı əməkdaşlıqdan və mənfəətdən məhrum edir.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanda COVID-ə yoluxmada ciddi azalma var” –

Sonrakı məqalə

“Ermənistanla sülh müqaviləsinə Türkiyə və Fransa qarant ola bilər” –