Bu ilin martın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,835 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu – 13,1 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 439 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 529,3 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 232,2 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdim edirik:
| Regionlar üzrə cəlb olunmuş əmanətlər | ||
| Regionların adı | Məbləğ (min manat) | Orta % dərəcəsi |
| Bakı iqtisadi rayonu | 13,105,179 | 4.37% |
| Abşeron-Xızı iqtisadi rayonu | 529,281 | 6.39% |
| Gəncə-Daşkəsən iqtisadi rayonu | 232,228 | 6.40% |
| Quba-Xaçmaz iqtisadi rayonu | 141,891 | 5.68% |
| Lənkəran-Astara iqtisadi rayonu | 129,969 | 5.62% |
| Şəki-Zaqatala iqtisadi rayonu | 127,470 | 4.81% |
| Mərkəzi Aran iqtisadi rayonu | 123,423 | 5.75% |
| Qazax-Tovuz iqtisadi rayonu | 113,540 | 6.03% |
| Qarabağ iqtisadi rayonu | 91,714 | 5.00% |
| Naxçıvan iqtisadi rayonu | 75,094 | 4.13% |
| Şirvan-Salyan iqtisadi rayonu | 71,201 | 4.54% |
| Mil-Muğan iqtisadi rayonu | 49,885 | 3.77% |
| Dağlıq Şirvan iqtisadi rayonu | 44,552 | 5.36% |
| Şərqi Zəngəzur iqtisadi rayonu | 439 | 3.19% |
| Cəmi | 14,835,866 | 4.53% |