Banklardakı əmanətlərin 61,4 faizi milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 29,4 faiz artaraq noyabrın 1-nə milli valyuta ekvivalentində 11 milyard 500 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 61,4 faizi milli, 38,6 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 15,5 faiz artıb. Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,73 (1,79) manata, 100 Türk lirəsinə 9,14 (10,55) manata, 100 rus rubluna 2,78 (2,52) manata bərabər olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.