İlkin Sultanov adlı vətəndaş Kapital və ATB bankdan şikayətçidir. AzPost xəbər verir ki, bu barədə şikayətçi sosial media hesabında yazıb.
Vətəndaş bildirir ki, 15 gün əvvəl ATB bankın kartı vasitəsilə Kapital Bankın terminalında nağdlaşdırma etmək istəyib. Əməliyyat “pullar hazırlanır” mərhələsində olan zaman terminal qəfildən sönüb.
Balansdan pul silinsə də vətəndaş onu götürə bilməyib. Aidiyyəti üzrə o sorğu yaradıb və müvafiq ərizə ilə banka müraciət edib.
Lakin 15 gündür məsələ həllini tapmır. Hər iki bank problemi bir-birinin üstünə atır.
Şikayətçi məsələnin həllini istəyir.
Qarşı tərəflərin mövqelərini dərc etməyə hazırıq.