Banqladeşin keçmiş Baş naziri Xalidə Ziya ölüm ayağndadır

Banqladeşin keçmiş Baş naziri və Banqladeş Milli Partiyasının (BNP) sədri Xalidə Ziya Dəkkə xəstəxanasında ağır vəziyyətdədir.

AzPost-un məlumatına görə, bu barədə Partiya nümayəndələri bildiriblər.

Onların sözünə görə, 80 yaşlı siyasətçi qaraciyəri, böyrəkləri və ürəyi ilə bağlı ağırlaşmalar səbəbindən dörd gündür koronar şöbədə intensiv müalicə alır. BNP-nin vitse-spikeri Əhməd Əzəm Xan bildirib ki, Ziya kritik vəziyyətdədir.

Dhaka Tribune qəzetinin məlumatına görə, xəstə Çindən gələn yerli mütəxəssislər və tibb mütəxəssisləri tərəfindən müalicə olunur.

Xalidə Ziya 1991-ci ildən 1996-cı ilə qədər və 2001-ci ildən 2006-cı ilə qədər Banqladeş hökumətinə rəhbərlik edib. 2007-ci ildə o, korrupsiya ittihamları ilə həbs olunub və bu, əlavə cinayət ittihamlarına və uzunmüddətli həbs cəzalarına səbəb olub. O, 2024-cü ilin avqustunda Baş nazir Şeyx Hasinanın istefasına səbəb olan kütləvi etirazlar fonunda azadlığa buraxılıb. 2005-ci ildə Forbes Xalidə Ziyanı dünyanın ən güclü qadınları siyahısına daxil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.