“Yeni növ koronavirus (COVID-19) pandemiyasının üçüncü dalğası bütün Gürcüstan ərazisində başlayıb”.
Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.
O bildirib ki, virusa yoluxma dinamikası paytaxt Tbilisi ilə yanaşı, ölkənin Sameqrelo-Zemo Svaneti regionunda, Acarıstan Muxtar Respublikası ərazisində ən yüksək həddə çatıb.
A.Qamkrelidze qeyd edib ki, ölkədə daha çox virusun “Britaniya Ştammı”na rast gəlinir, lakin bu, virusun güclü forması deyil. Bildirilib ki, ölkədə xəstəlikdən ölüm nisbəti 1.3% təşkil edir.