Baş epidemioloq:"Virusa qarşı bu metoddan özbaşına istifadə etmək olmaz"

Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul – buruna hidrogen peroksid (perekis) tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev bildirir ki, bu metoddan özbaşına istifadə etmək məsləhət deyil: “Əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Çünki bildiyiniz kimi perekis qıcıqlanma yarada bilən bir məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər. Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir”.

Baş epidemioloq bildirir ki, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur: “Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi “Oksalin” məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Müdafiə Nazirliyi:

Sonrakı məqalə

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb