Baş məşqçi Yunis Hüseynov koronavirusa yoluxub

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, koronavirus testi pozitiv çıxan təcrübəli mütəxəssis hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Bu isə o deməkdir ki, Hüseynov Premyer Liqada ilin son iki turunda “Səbail” (20 dekabr) və “Neftçi” (24 dekabr) ilə matçlarda texniki zonadakı yerini tuta bilməyəcək.

Qeyd edək ki, daha öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“WhatsApp”, “YouTube” və “Telegram”ın işində problemlər yaranıb

Sonrakı məqalə

Tramp Baş prokuror Uilyam Barrı işdən çıxarıb