Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Baş nazir Əli Əsədov Albaniya Prezidenti Bayram Beqayla görüşüb

Orkhan Ali 14 Mart 2024 - 16:12 (Last updated: 21 May 2025 - 20:15)
bineli

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqayla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan və Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyi vurğulanıb. Azərbaycanın Albaniyada, Albaniyanın isə Azərbaycanda səfirliklərinin açılması ilə bağlı verilən qərarlar ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təzahürü kimi dəyərləndirilib.

Görüşdə cari ayın əvvəlində Albaniya Baş nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanmış iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Sazişin ticarət-iqtisadi və investisiyaların təşviqi sahələrində əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlıq ifadə olunub. Enerji sahəsində əməkdaşlığın müsbət nəticələri və bu kontekstdə TAP layihəsinin əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan qazının Avropaya təchizatında Albaniyanın tranzit ölkə kimi rolu yüksək qiymətləndirilib.

Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Post navigation

Previous: Bakı Qlobal Forumu zaman keçdikcə daha da inkişaf edir
Next: QMİ-dən Həcc ziyarətinə getmək istəyənlərə çağırış

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Bakıda kafedəki kütləvi dava ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 6 maddəsi...
Read more about Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.