Danimarkanın baş naziri Mette Frederiksen 15 yaşdan kiçik uşaqlar üçün bəzi sosial media platformalarına qadağa qoyulmasını təklif edib.
AzPost Sky News-ə istinadən bildirir ki, bu barədə Baş nazir Danimarka parlamentinin açılışında deyib.
“Biz monstrı açıb buraxmışıq. Mobil telefonlar və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır”deyə o bildirib.
Baş nazirin sözlərinə görə, heç vaxt bu qədər uşaq narahatlıq və depressiyadan əziyyət çəkməyib. Frederiksen həmçinin qeyd edib ki, bu gün bir çox uşaqlar da oxumaqda və diqqəti cəmləməkdə çətinlik çəkirlər.
Baş nazir çıxışında valideynlərə 13 yaşından etibarən övladlarına hesab açmağa icazə veriləcəyinə aydınlıq gətirib. Bununla belə, o, konkret hansı sosial media platformalarının qadağan olunacağını dəqiqləşdirməyib.