Azərbaycanın Baş naziri Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirləri Avrasiya Hökumətlərarası Şurasının məhdud tərkibdə keçirilən iclasında iştirak edir.
Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
Baş nazir Əli Əsədovu iclasa Qırğızıstan tərəfi dəvət edib.
İclasda Qırğızıstanın baş naziri Akılbek Japarov, Rusiyanın baş naziri Mixail Mişustin, Belarusun baş naziri Roman Qolovçenko, Ermənistanın baş naziri Nikol Paşinyan və Qazaxıstanın baş naziri Alixan Smailov iştirak edirlər.
Baş nazir Qırğızstan Prezidenti, baş naziri, Rusiya və Belarusun hökümət başçıları ilə görüşüb.