Yaponiyanın Kommunikasiya Nazirliyi Baş nazir Esixide Suqonun böyük oğlunun verdiyi dəbdəbəli naharda iştirak edən 11 yüksək vəzifəli məmurunu cəzalandırıb.
Azpost.info bildirir ki, bu barədə Associated Press məlumat yayıb. Naharda Baş nazirinin oğlunun rəqəmsal telekompaniyasının rəhbərləri də iştirak edib.
Shukan Bunshun jurnalı bir müddət əvvəl yazıb ki, Seyqo Suqa və “Tohokushinsha Film” şirkətinin digər rəhbərləri Daxili işlər və kommunikasiya Nazirliyinin məmurlarının əylənməsi üçün məclis təşkil edib.
Bu gün nazirlik 11 yüksək vəzifəli məmura etik kodeksi pozaraq bahalı naharda iştirak etdiklərinə və hədiyyə qəbuluna görə, cərimə sanksiyaları tətbiq edib, əmək haqlarını azaldıb və töhmət elan edib.
Nazir Reta Takeda mətbuat konfransında deyib ki, bu məsələyə görə hökumətin etimadına zərbə dəydiyinə görə təəssüflənir. Takeda deyib ki, 3 aylıq əmək haqqının azaldılması barədə qərar verib və məsələnin araşdırılması üçün istintaq komissiyası yaradılması üçün əmr verib.
Daxili araşdırma müəyyən edib ki, 2016-2019-cu illər ərzində nazirliyin əməkdaşları 40 dəfə belə dəbdəbəli naharda iştirak edib və 5700 dollar dəyərində hədiyyələr alıblar.
Yaponiyanın Baş naziri oğlunun bu hərəkətinə görə xalqdan üzr istəyib.