İki ölkənin Baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələr müzakirə olunub.
Azpost.info xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tərəflər nəqliyyat və sənayenin inkişafını müzakirə ediblər. Hökumət başçıları MDB-nin digər çoxtərəfli formatlarda birgə fəaliyyətinə də toxunublar.
“Rusiya və Azərbaycan Baş nazirləri ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini nəzərdən keçiriblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin inkişafına da xüsusi diqqət yetirilib”, – məlumatda deyilir.
Azpost.info