Baş prokuror İrandakı səfirliyimizə hücum etmiş şəxslə bağlı hökmdən danışıb

“2023-cü il, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə törədilməklə bir soydaşımızın ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu həyata keçirmiş Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir”.

Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib:

“Biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək”, – o deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.