Baş Prokurorluq 10 yaşlı Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildiririb ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib: “Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İran Azərbaycanı hədəf seçə bilməz, bu elə də asan deyil” –

Sonrakı məqalə

Xudatda məktəbli qız dərs vaxtı öldü