Baş Prokurorluq hərbi komissarlıqlarda əməliyyatlar keçirib--Vəzifəli şəxslər saxlanılıb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyatlar keçirib, saxlanılanlar var.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş, Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib, vəzifəlilər saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.