Baş Prokurorluq iki uşağın vəfat etməsi faktını araşdırır

20 Oktyabr 2021 - 10:52

Baş Prokurorluq iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma aparır.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qax rayonunun Tasmaslı kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Onlardan M. Qasımlı və İ. Qasımzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.