Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib

Azərbaycan Respublikasının prokurorluq orqanları ötən gün şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığında deyilir:

“Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir