Baş Prokurorluq “Əqrəb mövsümü” serialının aktyorlarını mükafatlandırdı –FOTOLAR

Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilir.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirib.

Kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks islahatların aparıldığını qeyd edən Baş prokuror qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin gücləndirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi sahəsində səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb.

 

Azpost.info bildirir ki, mükafatlandırılmaq üçün dəvət olunanlar arasında prokurorluq işçilərinin işindən bəhs edən populyar “Əqrəb mövsümü” serialının yaradıcı heyəti də yer alıb.

Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev “Əqrəb Mövsümü” serialından danışıb. Çox seriyalı bədii filmdə xoşuna gəldiyi məqamlardan və bu istiqamətdə gələcək işlərdə dəstək verəcəyini dilə gətirib. Daha sonra “əqrəb Mövsümü” serialının əsas yarıdıcı heyyəti təltif olunub.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.