Baş prokurorun müavini Qazaxıstanda hadisə yerindədir- AZAL

Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar yerli rəsmilərlə hadisə yerində operativ əlaqə təmin edilir.

Bunu AZAL-ın rəsmi nümayəndəsi Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkənin qəza-xilasetmə xidmətləri görülən işlərə operativ şəkildə dəstək göstərir:

“Eyni zamanda, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb. Azərbaycanın Baş prokurorunun müavini də şəxsən hadisə yerindədir. Bununla yanaşı, Azərbaycandan Aktauya qəza-xilasetmə qrupu da göndərilib”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.