“Baş tutacaq NATO təlimləri Rusiyaya qarşı hibrid müharibənin bir hissəsidir”- ZAXAROVA

Aprelin 26-da Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlayacaq NATO hərbi təlimləri təxribat xarakterlidir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun fikrincə, məqsəd Moskvaya təzyiq göstərməkdir: “Rusiya sərhədləri yaxınlığında NATO hərbi təlimləri təxribat xarakterlidir. Məqsəd güc nümayiş etdirməklə Rusiyaya hərbi təzyiq göstərməkdir”.

XİN rəsmisi əlavə edib ki, NATO qəsdən xəyali Rusiya təhdidi ətrafında isteriya yaradır.

Zaxarova əmindir ki, ölkələr öz aqressiv istəklərini belə əsaslandırırlar. Eyni zamanda, o, qarşıdakı təlimləri Rusiyaya qarşı hibrid müharibənin bir hissəsi adlandırdı.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanla Ermənistanın xarici müdaxiləsiz razılıq əldə etməsi önəmli addımdır

Sonrakı məqalə

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib