“Rusiya prezidenti Vladimir Putin postunu tərk edən Anatoli Çubaysın gedişinə çətin ki, reaksiya verib”.
Azpost.info xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov qeyd edib ki, Çubays Prezident Administrasiyasının daimi işçisi olmayıb, orada ictimai əsaslarla çalışıb. “Mən başa düşmürəm ki, buna niyə bu qədər vaxt sərf edirik. Hər gün kimsə idarədən gedir, yeni işçilər gəlir. Bu, kifayət qədər böyük və canlı mexanizmdir”, – Peskov bildirib.
Azpost.info
