Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar ƏDV-dən azad edildi- SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilir:

S/S Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
28. 3926200001 Baxillər
 29. 4015190001 Steril və qeyri-steril əlcəklər
30. 6307909801 Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar

Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransada 16 yaşlı qız koronavirusdan ölüb

Sonrakı məqalə

İspaniyada 9500 tibb işçisi koronavirusa yoluxub