Bayden Çin rəhbəri ilə görüşdü, onu yenə “diktator” adlandırdı

ABŞ prezidenti Co Bayden Çin sədri Si Cinpini hələ də diktator saydığını bildirib.

Azpost.info CNN-ə istinadən bildirir ki, bu barədə o, Çin lideri ilə Amerikanın San-Fransisko şəhərində APEC sammiti çərçivəsində baş tutan ikitərəfli görüşdən sonra bildirib.

“Qulaq asın, o, həqiqətən diktatordur. Diktator o mənada deyirəm ki, bu oğlan kommunist ölkəsini idarə edir. Onun hökuməti bizimkindən tamamilə fərqlidir. Bunu inkar etmək və ya bununla mübahisə etmək sadəcə olaraq mümkün deyil”, – deyə Bayden Si Cinpinlə görüşündən sonra jurnalistlərlə söhbəti zamanı deyib. Bayden bildirib ki, o, Çin sədrinə ABŞ-dakı seçkilərə müdaxilə etməkdən çəkinmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki,  Amerika prezidenti dəfələrlə bəyan edib ki, Si Cinpinin idarəetmə üsulları və üslubu “diktatorluq”dur.

Çin tərəfi hələlik ABŞ prezidentinin bəyanatına münasibət bildirməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.