“Bayden dünyanın ən təcrübəli siyasətçilərindəndir” –PUTİN

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Co Baydeni hakimiyyətin ən yüksək eşelonlarında keçirdiyi vaxt baxımından dünyanın ən təcrübəli siyasətçilərindən biri adlandırıb.

Bu barədə TASS məlumat yayıb.

“İlk növbədə inanıram ki, prezident Bayden, necə deyərlər, hakimiyyətin yuxarı eşelonlarında keçirdikləri vaxt baxımından, sözsüz ki, dünyanın ən təcrübəli siyasətçilərindən biridir. O, uzun müddətdir siyasətdədir”, – Rusiya prezidenti jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Əlbəttə, o, təcrübəli insandır, qarşısına hansı vəzifələri qoymalı olduğunu və onlara necə nail olacağını bilir”, – Rusiya lideri bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.