“Bayden Azərbaycanı “demokratiya sammiti”nə dəvət etmədi” –Vitse-spiker Əli Hüseynli

“ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəsinə güclü dəstək verən, hazırkı enerji böhranı şəraitində Qərbin etibarlı tərəfdaşına çevrilən Azərbaycan prezident Baydenin təşəbbüsü ilə 28-30 mart tarixlərində keçirilmiş “Demokratiya sammiti”nin siyahıysna salınmayıb. “Demokratiya sammiti”nə dəvət olunanların sırasında daha çox insan haqlarının və demokratiyanın pozulduğu ölkələr yer alıb”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli Gununsesi.info-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, siyahı demokratiya meyarlarına uyğun olaraq yox, məhz ABŞ-ın qlobal, geosiyasi maraqları baxımından, ikili standartlar əsasında tərtib olunub. “Demokratiya sammiti”nə dəvət olunanların sırasında daha çox insan haqlarının və demokratiyanın pozulduğu ölkələr yer alıb. Ona görə də bu ölkələrin hansı kriteriya ilə seçildiyi ciddi suallar doğurur və ikili standartların növbəti nümunəsi kimi ortaya çıxır: “Belə üsullarla subyektiv kriteriyalar əsasında dünyanı birinci və ikinci dərəcəli ölkələrə bölünməsini həm də son dövrlər baş verən ciddi və təhlükəli geosiyasi təlatümlər fonunda ABŞ-nın tərəfdaşlarını təftiş etmək üçün siyasi marker kimi istifadə etmək cəhdi kimi də dəyərləndirmək olar. Çünki beynəlxalq təşkilatların hesabatlarında göstərilən demokratiya dərəcələri ilə Baydenin tərtib etdiyi siyahı arasında fərq əhəmiyyətli dərəcədə böyükdür”.

Vitse-spikerin fikrincə,  bu baxımdan “demokratiya sammiti”-nin formalaşdırdığı zərərli meyillər dünyada insan hüquqlarının qorunmasına verə biləcəyi töhfədən qat-qat çoxdur: “İştirakçıların böyük əksəriyyətinin sammitin yekun bəyanatında ABŞ-nın Rusiya-Ukrayna müharibəsinə münasibətilə bağlı rəyini dəstəkləməməsi bunu təsdiq edir. Demokratik prinsiplərin əsas götürülmədiyi hansısa tədbirdə iştirak edib-etməmək demokratiyasının göstəricisi sayıla bilməz. Bütün bu səbəblərə görə də Azərbaycanın bu sammitə qatılmaması ölkəmizin nəyisə itirəcəyi anlamına gələ bilməz”.

Əvvəlki məqalə

Putinin gəlir bəyannaməsi ictimaiyyətə açıq olmayacaq

Sonrakı məqalə

Təhlükəsiz, ekoloji təmiz və rahat “Prius” –