“Bayden haqsız, həqiqətə uyğun olmayan ifadələrə yol verib” –Ərdoğan

“Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uymayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bildirib.

R.T.Ərdoğan deyib ki, Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadəyə yol verdiyini düşünür: “Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hesab etmirik, amma əgər belə bir yarış keçirəcəklərsə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla bizə soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İlham Əliyevlə önümüzdəki günlərdə atacağımız addımları konkretləşdirəcəyik” –

Sonrakı məqalə

Türkiyədə aprelin 29-dan mayın 17-dək sərt karantin rejimi tətbiq olunacaq