Bayden ikinci dəfə prezidentliyə namizəd olacaq - NBC

ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə namizəd olacaq.

Azpost.info xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“Co Bayden hüquq müdafiəçisi El Şarptonla görüşdə ikinci müddətə prezidentlik üçün namizəd olmaq niyyətində olduğunu deyib. Şarpton da bu barədə Milli Fəaliyyət Şəbəkəsinin əməkdaşlarına danışıb”, – məlumatda deyilir.

Ağ Ev hələlik bu məlumatı şərh etməyib.

NBC-nin  məlumatına görə, Baydenin tərəfdarları dəfələrlə prezidentin ikinci müddətə namizəd olmaq planlarından danışıblar. Lakin onun özü son vaxtlar bu barədə birmənalı açıqlamalardan yayınır. Belə ki, sentyabrın ortalarında CBS telekanalına müsahibəsində o, seçkilərdə iştirak etmək niyyətində olduğunu, lakin hələ də qəti qərar vermədiyini bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.