Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Bayden İrana qarşı sanksiyaların müddətini uzadıb

User 02 Noyabr 2024 - 00:39 (Last updated: 21 May 2025 - 20:15)
bayden

ABŞ prezidenti Co Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyətin bir il müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Baydenin vurğuladığı kimi, ABŞ İranla münasibətləri hələ də normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli ikitərəfli razılaşmaların icrası prosesi davam edir”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Razılaşma 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini müəyyən edir.

“Bu səbəblə 1979-cu il noyabrın 14-də elan edilmiş milli fövqəladə vəziyyət, eləcə də bu fövqəladə vəziyyətə qarşı mübarizə üçün o zaman tətbiq edilmiş tədbirlər 2024-cü il noyabrın 14-dən sonra da qüvvədə qalmalıdır”, – bəyanatda deyilir.

Daha sonra Baydenin “İranla bağlı milli fövqəladə vəziyyətin müddətini bir il müddətinə uzadıram” dediyi bildirilib.

Qeyd edək ki, 14 noyabr 1979-cu ildə ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalıların girov götürülməsinə cavab olaraq 12170 saylı fərman imzalayıb.

Fərmanla ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən ABŞ banklarındakı hesabları və onların xarici şöbə və filiallarını bloklamaq əmri verilib.

Beləliklə 1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsdi və ABŞ-dan İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan etdi. Daha sonra İrandan ABŞ-a hər hansı mal idxalına embarqo və amerikalıların İrana səfərinə qadağa qoyuldu.

Post navigation

Previous: 2008-ci il müharibəsinə görə yalnız Saakaşvili məsuliyyət daşıyır
Next: “Rusiyada 10 min Şimali Koreya hərbçisi var” –

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.