Bayden İsrailə niyə gedir?- “Bloomberg” AÇIQLADI

“Baydenin İsrailə səfər etmək qərarı həm də ABŞ administrasiyasının böhranın nəzarətdən çıxa biləcəyi ilə bağlı narahatlığını göstərir”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“Münaqişənin genişlənməsinin, İranın və Livanın “Hizbullah” şiə qruplaşmasının oraya daxil olmasının qarşısını almaq üçün ABŞ Şərqi Aralıq dənizinə iki təyyarədaşıyan gəmi göndərdi. Həmçinin İsrail sahillərinə 2 min dəniz piyadası göndərildi və ABŞ Konqresi İsraillə HƏMAS arasında müharibənin şiddətləndiyi təqdirdə Amerika ordusunun istifadəsinə icazə verən qanun layihəsi hazırlamağa başladı”, – nəşr qeyd edib.

Bayden İsrailə oktyabrın 18-də gedəcək. Hazırda İsraildə olan ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Bayden İsrailə güclü dəstək siqnalı vermək niyyətindədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.