Bayden prezident səlahiyyətlərini Kamala Harrisə verəcək

19 Noyabr 2021 - 19:52

ABŞ Prezidenti Co Bayden səlahiyyətlərini qısa müddətlik vitse-prezident Kamala Harrisə ötürəcək.

Bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Bayden tibbi müayinədən (kolonoskopiya) keçmək üçün anesteziya olunacaq, buna görə də Prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə ötürəcək.