“Bayden Putini çəkindirmək üçün belə edir” –"Ukraynada savaş təlaşı qəsdən yaradılır" (CNN)

Co Bayden administrasiyası Rusiyanın planlarını alt-üst etmək və Kremli aqressiv hərəkətlərdən çəkindirmək üçün məxfi kəşfiyyat məlumatları açıqlayaraq Ukrayna ətrafında qəsdən narahatedici görüntü yaradır.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNN Ağ Evdəki, Dövlət Departamentindəki və ABŞ kəşfiyyatındakı anonim mənbələrinə istinadən məlumat yayıb.
Ağ Evdən bildirib ki, açıqlamalar Rusiyanın planlarını pozmaq, istənilən əməliyyatların effektivliyini azaltmaq və nəhayət, hərbi əməliyyatların qarşısını almaq üçün Milli Təhlükəsizlik Şurası, kəşfiyyat və digər milli təhlükəsizlik agentlikləri arasında diqqətlə əlaqələndirilib.

ABŞ-ın yüksək rütbəli məmurlarından birinin sözlərinə görə, Bayden administrasiyası Rusiya prezidenti Vladimir Putinin ehtiyatsızlıqdan yaxalandığına inanır və Rusiya hərbi və kəşfiyyat rəsmiləri ABŞ tərəfindən onların planlarının açıqlanmasından şikayətlənirlər.
“Ruslar fikirləşirlər ki, onların “köstəbəyi” kimdir? Bu məlumatların açıqlanması onların özlərinə şübhə etməsi üçün faydalıdır”, – mənbə bildirib.

Jurnalistlər xatırladıblar ki, bu taktikanın soyuq savaş dönəmindən bir neçə presedenti var. Məsələn, 1962-ci ildə prezident Con Kennedinin administrasiyası SSRİ-dən eskalasiya fonunda Kubada yerləşdirilən sovet ballistik raketlərinin fotoşəkillərini ABŞ və İngiltərədəki skeptik mətbuatı qismən sakitləşdirmək üçün yayımlamışdı.

Xatırladaq ki, “Bloomberg” bir müddət əvvəl ABŞ kəşfiyyatına istinadən Rusiyanın fevralın 15-də Ukraynaya genişmiqyaslı işğala başlamağı planlaşdırdığını yazmışdı.

Bayden isə fevralın 11-i Avropa İttifaqı və NATO ölkələrinin liderləri ilə danışıqlar zamanı Rusiyanın Ukraynaya hücumunun fevralın 16-da başlayacağını deyib. ABŞ müttəfiqlərə bu hücuma hazırlıqla bağlı bir çox təfərrüatları təqdim edib: “Rusiya işğalının marşrutları, eləcə də ayrı-ayrı rus bölmələri və onların üzərinə götürməli olduğu vəzifələr xüsusi təsvir edilib”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Prezident İlham Əliyev Şuşa Bəyannaməsini təsdiqlədi