Bayden Putinlə görüşə görə amerikalı jurnalistləri tənqid edib

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü barəsində mənfi rəy formalaşdıran Amerika mətbuatını tənqid edib.

“RİA Novosti” xəbər verir ki, bunu o, Cenevrədə ABŞ-a uçmazdan hava limanında jurnalistlərə deyib: “Mənfiyə köklənmisiniz”

Bayden qeyd edib ki, ona sual verilməsi cəhdlərini daha çox mənfi şəkildə başa düşür.

“Reportaj hazırlamaq üçün siz neqativə yönəlirsiniz… Heç vaxt pozitiv sual vermirsiniz. Uşaqlar, mən sizi dəli etmək istəmirəm, çünki bilirəm ki, siz mənfi baxışlar əldə etmək istəyirsiniz”, – Bayden belə deyib.

O, görüşlə bağlı gələcək gözləntilərini və ya görüşün təfərrüatlarını mətbuatla bölüşməyəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Soyuqdəymə koronavirusdan qoruyur