Bayden Qəzzada döyüşləri dayandırmağa çağırıb

ABŞ prezidenti Co Bayden girovları azad etmək üçün Qəzza zolağında qismən atəşkəsə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Məncə, fasilə lazımdır. Girovları çıxarmaq üçün vaxt verilməlidir”, – Bayden deyib.

Bayden qeyd edib ki, məhz o, Baş nazir Benyamin Netanyahunu quru əməliyyatı başlamazdan əvvəl girovların anklavdan çıxarılması üçün vaxt verməyə inandırıb. Həmçinin Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də razılaşıb ki, yaralı yerlilər və əcnəbilər “Rəfah” keçid məntəqəsindən keçərək Qəzzanı tərk edə bilsinlər.

Azpost.info

Əvvəlki məqalə

Dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur

Sonrakı məqalə

Lotereyada 27 milyon dollar uddu, dilənçi kimi öldü –