Bayden Tramp tərəfdarlarını “zibil” adlandırdı- "Daily Mail"

ABŞ prezidenti Co Bayden respublikaçı namizəd Donald Trampın tərəfdarlarını “zibil” adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Məlumata görə, Bayden bu fikri “Voto Latino” vəkillik qrupunun təşkil etdiyi videokonfransda səsləndirib. O, Trampın mitinqində komediya ustasının Puerto-Rikonun “üzən zibil adası” olması ilə bağlı zarafatını belə şərh edib.

“Gördüyüm yeganə zibil onun tərəfdarlarıdır. Onlar vicdansızdır və qeyri-amerikalıdır”, – Bayden deyib.

ABŞ lideri daha sonra bu sözləri təkzib edib. Dediyinə görə, “zibil” dedikdə o, Trampın mitinqlərindən birində eşidilən nifrət dolu ritorikanı nəzərdə tutub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.