ABŞ Prezidenti Bayden sabiq həmkarı Trampa qarşı sui-qəsd cəhdini pisləyib.
Azpost.info bildirir ki, Prezident Pensilvaniyada Donald Trampın mitinqində baş verən atışma ilə bağlı məlumat aldığını yazıb.
“Onun ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik.
Cill və mən onu təhlükəsiz yerə apardıqları üçün Gizli Xidmətə minnətdarıq. Amerikada belə zorakılığa yer yoxdur. Bunu pisləmək üçün bir millət kimi birləşməliyik” -deyə Bayden bildirib.