Bayden Trampın 7 fərmanını ləğv edib

President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

ABŞ Prezidenti Co Bayden Donald Trampın təsdiq etdiyi yeddi fərmanı ləğv edib.

RİA Novosti xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilib.

Beləliklə, Tramp tərəfindən imzalanan tibbi sığorta, dotasiya, abidələrin, heykəllərin qorunması, habelə məmurların müxtəlif qayda pozduğuna görə mühakimə edilməkdən qorunması, onlayn senzuranın qarşısının alınması və s. fərmanlar artıq qüvvədən düşmüş hesab edilir.

Baydenin imzaladığı fərmanda qeyd edilib ki, bunlar ABŞ-ın maraqlarını cavab vermir.

Qeyd edək ki, ləğv edilmiş fərmanlar Tramp tərəfindən 2020-ci ilin mayından 2021-ci ilin yanvarınadək müddətdə imzalanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda Formula-1 yarışları 2024-cü ilə qədər keçiriləcək

Sonrakı məqalə

Dünyada son sutkada koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb –