Bayden və Ərdoğan martın 24-də görüşəcək

ABŞ və Türkiyə prezidentləri görüşəcək.

Azpost.info bildirir ki, bu barədə Türkiyə prezidenti Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib. Onun sözlərinə görə, Bayden və Ərdoğan martın 24-də NATO-nun Brüsseldə keçiriləcək növbədənkənar sammitində görüşəcəklər.

“Prezident Ərdoğanın sammitdə ikitərəfli və üçtərəfli görüşləri olacaq. ABŞ prezidenti Baydenlə və digər liderlərlə ikitərəfli görüşlər keçiriləcək”-deyə Kalın bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.