Bayden Yaxın Şərqə səfərə gəlir

ABŞ prezidenti Co Bayden iyulda Yaxın Şərqə səfər edəcək.

Azpost.info xəbər verir ki, bunu Ağ Evdən bildiriblər.

“Prezident Co Bayden ABŞ-ın İsrailin təhlükəsizliyi və rifahı ilə bağlı sarsılmaz öhdəliyini gücləndirmək və Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün iyulun 13-16-da Yaxın Şərq regionuna səfər edəcək”, – məlumatda deyilir.

Sammitdə Misir, İraq və İordaniya iştirak edəcək. Bayden əvvəlcə İsrailə, daha sonra İordan çayının qərb sahilinə səfər edəcək. Daha sonra sammitin keçiriləcəyi Səudiyyə Ərəbistanına yollanacaq.

Azpost.info

Əvvəlki məqalə

“Putin boş yerə Zelenski ilə görüşməyəcək” –

Sonrakı məqalə

İqtidar və müxalifət partiyaları Şuşada toplaşır –