Bayden yeni kabinet üzvlərini təqdim edib

İlkin nəticələrə görə ABŞ Prezidenti seçilən Cozef Bayden Ağ Evin daxili siyasət üzrə məsul şəxsi olacaq Syuzan Raysla yanaşı, administrasiyanın yeni üzvlərini təqdim edib.

RİA Novosti-nin xəbərə görə, Bayden baş prokuror vəzifəsi istisna olmaqla demək olar ki, bütün əsas vəzifələrə namizədlərin adını açıqlayıb.

Obaman dövründə vəzifədə olan Tim Vilsack Kənd təsərrüfatı katibi, həmin dönəmdə Ağ Evin Baş katibi Denis MaqDona Veteranlar İşləri üzrə nazir olacaq. Digər tanış sima Obamanın keçmiş Milli təhlükəsizlik müşaviri və ABŞ-ın BMT-dəki keçmiş səfiri Syuzan Raysdır. O, Bayden administrasiyasında prezidentin daxili siyasət üzrə müşaviri olacaq.

Baydenin komandasına nisbətən yeni gələnlər arasında Mənzil və Şəhərsalma Departamentinə rəhbərlik edəcək konqresmen Marsiya Fardj, eləcə də ABŞ Ticarət Nümayəndəliyinin başçısını olacaq ilk Asiya-amerikalı Ketrin Tay da var.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pfizer”in peyvəndi bir neçə həftə ərzində ÜST tərəfindən qiymətləndiriləcək

Sonrakı məqalə

Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı –