Baydendən Abramoviçə qarşı sanksiya tətbiq etmək tələb olunur

Ağ Evin yüksək vəzifəli məmurları rusiyalı milyarder Roman Abramoviçə qarşı sanksiyalar tətbiq etmək üçün ABŞ rəhbərliyinə təzyiqləri artırıblar.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, xüsusi əməliyyat başlayan gün Abramoviç Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlarda iştirak təklifini qəbul edib. Lakin bunun müqabilində milyarder Zelenskidən Qərbi ona qarşı sanksiyalar tətbiq etməməyə inandırmasını istəyib.

ABŞ prezidenti Co Bayden bu istəyi yerinə yetirib. İddialara görə, Ukrayna prezidenti Britaniya baş naziri Boris Consona da oxşar müraciət ünvanlayıb. Lakin Britaniya martın 10-da, Avropa İttifaqı isə bir neçə gün sonra Abramoviçə qarşı sanksiyalar tətbiq edib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyaya təzyiqləri davam etdirəcəyik” –

Sonrakı məqalə

Ukraynada müharibə dünyada taxılı bahalaşdırıb