Baydenin Avropa səfərinin gündəliyi açıqlanıb

President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

ABŞ prezidenti Co Baydenin Avropaya səfərinin əsas mövzusu Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiya qazı və neftindən asılılığına son qoyulması olacaq.

Azpost.info xəbər verir ki, Baydenin səfərinin gündəliyini “Politico” məlumatlı mənbəyə istinadən açıqlayıb. Nəşrin məlumatına görə, ABŞ prezidentini səfərdə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə müşaviri Amos Hokşteyn və qurumun Enerji Resursları Bürosunun üzvləri müşayiət edəcək.

Martın 24-də Bayden NATO-nun Brüssel sammitində iştirak edəcək, 25-də isə Polşada prezident Anjey Duda ilə görüşəcək. Qeyd olunur ki, avropalı rəsmilər ABŞ-da enerji ehtiyatlarının istehsalının və Aİ ölkələrinə ixracının artırılmasında israrlıdırlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.