“Baydenin bu bəyanatı Ukraynada qırğınlara son qoyacaq” –Zelenskinin müşaviri

“ABŞ prezidenti Co Baydenin soyqırımı bəyanatı Ukraynadakı qırğınların sonunu yaxınlaşdırır”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“ABŞ prezidenti Rusiyanın hərbi cinayətlərini soyqırımı adlandırmağa hazır olduğunu nümayiş etdirdi. Bu, Rusiyanı müttəhimlər kürsüsündə oturmağa məcbur etmək üçün bir addımdır. Soyqırımına soyqırımı demək Ukraynadakı kütləvi qırğınlara son qoymaqdır”, – Podolyak deyib.

Qeyd edək ki, amerikalılar qarşısında çıxışı zamanı Bayden ilk dəfə Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

“Putinə halal olsun, dünyada koronavirusa son qoydu, hamı sağaldı” –

Sonrakı məqalə

Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edildi –