ABŞ prezidenti Co Baydenin nümayəndəsi Brett Makqrek İsrail və HƏMAS arasında girov mübadiləsi razılaşmasını müzakirə etmək üçün bu gün Qətərə gələcək.
Azpost.info xəbər verir ki, Qətər əmiri Təmim bin Həməd Əl Tani cümə günü ABŞ prezidenti ilə məsələni müzakirə edib.
Ağ Evin bəyanatında deyilir ki, onlar HƏMAS tərəfindən saxlanılan bütün girovların dərhal azad edilməsinin zəruriliyini müzakirə ediblər.
Qeyd edək ki, İsrail hakimiyyəti HƏMAS-ın 50 israilli girovun azad edilməsi müqabilində müvəqqəti atəşkəs təklifini rəsmən rədd edib. İsrail Qəzza zolağında saxlanılan bütün ana və uşaqların azad edilməsini tələb edib. Bu halda daha uzunmüddətli atəşkəsə icazə verməyə hazır olduğunu bəyan edib.
Azpost.info