“Baydenin Ukraynaya emosional bağlılığı var”- ZELENSKİ

Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Co Baydenin Ukraynaya emosional bağlılığının olduğunu deyib.

Azpost.info xəbər verir ki, “The Wall Street Journal”a müsahibəsində o həmçinin qeyd edib ki, Birləşmiş Ştatlarda hakimiyyət dəyişikliyi ilə vəziyyət köklü şəkildə dəyişə bilər.

“Dəstəyin olduğu bir vəziyyətdə dəyişiklikdən qorxursunuz. Düzünü desəm, administrasiyanın dəyişdirilməsindən danışanda mən də hər hansı digər insan kimi düşünürəm. Yaxşılığa doğru dəyişikliklər istəyirsən, amma bu, əksinə ola bilər”, – Zelenski bildirib.

O, tədarük məhdudiyyətlərinə görə Ukraynaya hələ də əlavə silah verilməməsindən də şikayətlənib. Zelenskinin sözlərinə görə, Kiyev əbədi gözləyə bilməz və əks hücuma keçməyə hazırdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.